“LUKOİL”da partlayış baş verib

14:11 | 13.07.2020
“LUKOİL”da partlayış baş verib

“LUKOİL”da partlayış baş verib

Bu gün günorta saatlarında Gəncədə yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo”ya daxil olan məlumata görə, hadisə Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən "LUKOİL” yanacaqdoldurma məntəqəsində yaşanıb. 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb. 

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində qısa zamanda yanğının yayılmasının qarşısı alınıb. Yanğın saat 12:25-də söndürülüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb