Bu ölkələrdə ölüm hökmü hələ də var - SİYAHI

12:17 | 11.10.2016
Bu ölkələrdə ölüm hökmü hələ də var - SİYAHI

Bu ölkələrdə ölüm hökmü hələ də var - SİYAHI

BMT-nin baş katibi Pan Gi Mun dünya ölkələrini ölüm hökmünü ləğv etməyə çağırıb.

Baş katib çağırışında xüsusilə 65 dövlətə səslənib. 

ANN.Az müasir dövrdə ölüm hökmü tətbiq edilən ölkələrin siyahısını təqdim edir:

1)ABŞ
2)Çin
3)İran
4)Səudiyyə Ərəbistanı
5)Vyetnam
6)İraq
7)Belarusiya (Belarus Avropada ölüm hökmünü ləğv etməyən yeganə ölkədir)
8)Yəmən
9)Malayziya
10)Sinqapur
11)İordaniya
12)Pakistan
13)Yaponiya
14)Misir
15)Əfqanıstan 
 
***
 
Ölüm hökmü olub, tətbiq edilməyən ölkələr:

1)Banqladeş
2)Bəhreyn
3)Hindistan
4)Əlcəzair
5)Qətər
6)Küveyt
7)Livan
8)Liviya
9)Tunis
10)Nigeriya
11)Qambiya
12)Tailand
13)Keniya
14)Zimbabve
15)Şri-Lanka

"Amnesty İnternational” təşkilatının 2015-ci ilə olan məlumatına görə, ən çox edam hökmü həyata keçirən ölkələr Çin, İran, Pakistan, Səudiyyə Ərəbistanı və ABŞ-dır. Təşkilatın məlumatına əsasən, keçən il edam hökmündən imtina edən ölkələr də olub: Fici, Surinam, Madaqaskar və Konqo Respublikası.

Bununla da ölüm hökmü olmayan ölkələrin sayı 100-ü keçib.

Xatırladaq ki, 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm cəzası ləğv olunub. Barələrində ölüm hökmü çıxarılmış insanların cəzası, ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.

Orxan Aslanlı
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM