Maaşları verilməyən futbolçular meydana çıxmadı

14:41 | 27.04.2019
Maaşları verilməyən futbolçular meydana çıxmadı

Maaşları verilməyən futbolçular meydana çıxmadı

Futbol üzrə İngiltərə çempionatında xoşagəlməz hadisə yaşanıb.
 
 Çempionşipdə baş tutmalı olan "Bolton” – "Brentford” oyunu keçirilməyib.REKLAM

 
XLV turun görüşünün oynanılmamasına səbəb "Bolton” futbolçularının qərarıdır. Belə ki, meydan sahibləri meydana çıxmaqdan imtina ediblər.
Onlar klub rəhbərliyinin maaşlarla bağlı bütün borcları ödəməsi tələbini irəli sürüblər. Futbolçular pullar ödənənə qədər oynamayacaqlarını bəyan ediblər. Matçın taleyinə İntizam Komitəsindən aydınlıq gələcək.
 
Qeyd edək ki, mövsüm başa çatmamış "Bolton”un aşağı dəstəyə düşəcəyi rəsmiləşib. 44 oyunda 32 xal toplayan komanda 23-cü sırada qərarlaşıb.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb