Makedoniyada etirazlar davam edir

22:15 | 15.04.2016
Makedoniyada etirazlar davam edir

Makedoniyada etirazlar davam edir

Aprelin 14-də gecə Makedoniya paytaxtında hökumətə qarşı etirazlar davam edib. Nümayişçilər Prezident Gjorge Ivanov-un korrupsiyada suçlanan rəsmiləri əfv etməsinə qarşı çıxırlar.

Ötən gecə minlərlə etirazçı paytaxt Skopyedə hökumət binaları qarşısında "ədalət yoxsa, sülh də yoxdur” şüarı səsləndiriblər. Onlar prezidentin istefasını, erkən parlament seçkisinə hazırlıqların dayandırılmasını tələb edirlər. Seçki iyunun 5-nə təyin olunub.

Etirazçılar polislə toqquşub. Beş polis əməkdaşının xəsarət aldığı, bir etirazçının saxlandığı bildirilir.

Avropa Birliyi, ABŞ Dövlət Departamenti də Ivanov-un qərarını pisləyib, onu 50-dən artıq rəsminin bağışlanmasına bir daha nəzərdən keçirməyə çağırıb. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM