Makedoniyada fövqəladə vəziyyət elan edilib

23:59 | 20.08.2015
Makedoniyada fövqəladə vəziyyət elan edilib

Makedoniyada fövqəladə vəziyyət elan edilib

Makedoniya hökuməti qonşu Yunanıstandan böyük qaçqın axını ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
 
APA-nın "Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, Makedoniya hökumətinin yaydığı bəyanatda bildirilir ki, Yunanıstan ərazisindən insan axını kütləvi hal alıb.
 
Bununla bağlı Makedoniya hökuməti Yunanıstanla həmsərhəd bölgəsinə nəzarətin gücləndirilməsi üçün hərbçilərin cəlb ediləcəyini  bildirib.
 
Qeyd edək ki, bu yaxınlarda rəsmi Skopye qeyri-qanuni miqrantların axını ilə bağlı Avropa İttifaqından əlavə yardım istəmişdi. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb