“Makromart” marketlərinin taleyi məlum oldu

16:37 | 29.01.2018
“Makromart” marketlərinin taleyi məlum oldu

“Makromart” marketlərinin taleyi məlum oldu

Bir müddət öncə "Azərsun Holding” MMC tərəfindən satın alınan "Makromart” marketlər şəbəkəsinə aid mağazaların hansı brend adı altında fəaliyyətini davam etdirəcəyi məlum olub.

Foodinfo.az-ın əldə etdiyi məlumata görə, "Makromart”a aid mağazaların hamısı "Bazarstore” brendi ilə fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Makromart” supermarketlər şəbəkəsi Azərbaycanda 2009-cu ildən fəaliyyətə başlayıb. Ölkənin qabaqcıl qida sənayəsinə sahib olan "Azərsun Holding” MMC-yə aid "Bazarstore” isə 2011-ci ildən fəaliyyətdədir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb