Makron “Pegasus”a görə bu addımı atdı

19:30 | 23.07.2021
Makron “Pegasus”a görə bu addımı atdı

Makron “Pegasus”a görə bu addımı atdı

Fransa Prezidenti Emmanuel Makron "Pegasus” casus proqramı ilə telefonunun dinlənilməsi iddialarından sonra mobil telefonunu və nömrəsini dəyişdirib.
Makron özünə məxsus dörd telefondan hansının istifadəsini dayandırdığı açıqlanmayıb.

Makronun telefonunun dinlənilib-dinlənilmədiyini müəyyən etmək üçün araşdırmalar hələ davam edir və təhlükəsizlik protokolları gücləndirilib.

Müxtəlif ölkələrin 17 KİV-nin və Fransada yerləşən "Forbidden Stories” qeyri-hökumət təşkilatının yaydığı araşdırmaya əsasən, bütün dünya üzrə çox sayda ölkələr 50 mindən çox insanı izləyə bilib.

Sözügedən izlənmə üçün isə "NSO” adlı İsrail şirkətinin yaratmış olduğu "Pegasus” casus proqramından istifadə olunub. Bildirilir ki, telefon danışığı dinlənilən şəxslər arasında Fransa Prezidenti Emmanuel Makron da olub. (qafqaz.info)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb