"Mançestir Yunayted" - "Lester Siti" oyunundan aldığım unudulmaz həzz – REPORTAJ

23:56 | 09.02.2015

"Mançestir Yunayted" - "Lester Siti" oyunundan aldığım unudulmaz həzz – REPORTAJ

Rüstəm Qasımov

Həmin gün keçirdiyim hisslər yaddaşımda şirin xatirəsini hər zaman qoruyacaq. Çünki həmin gün nəhayət ki, İngiltərə liqasının oyununa tamaşa edə bildim. Dünyanın ən titulu komandası "Mançester Yunayted” ev oyununda "Lester Siti”ni qəbul etmişdi. Həyatımda ilk dəfə mən bur prosesin mahiyyətinə vara bildim. İngilislərin adət və ənənəsinə çevrilmiş futbolu necə sevdiklərini, adi oyundan həyat fəlsəfəsinə və həyat təzinə çevrilmiş bu oyunun onlarda necə dərin köklər atdığının şahid oldum.  





Həftə arası Mançestirin küçələrində gəzdikdə burada ingilis premiyer ligasının iki nəhəng komandası olan "Mançestir Yunayted” və "Mançestir Siti”nin bu şəhərdə oynadıqlarını hiss  etmək olmur.  Siz bunu yalnız komandaların formaları və suvenirləri satılan mağazaların qabağından keçdikdə anlayırsız. Ancaq həftə sonu gəldikdə şəhərin mənzərisi dərhal dəyişir. Hər tərəfə yayılan futbol havasını - həmin o sehrli duyğunu hiss edirsiniz. İngilislər üçün futbol həqiqi əyləncədir. Bunu küçələrdə gəzərkən sevimli komandasının qırmızı rənginə bürünmüş insanları gördükdə anlayırsan.  Öyrənə bildiyim qədəri ilə "Mançestir Yunaytet” komandasının əsas azarkeşləri şəhərin kənarında yaşayan işçi sinfidir. Şəhərin mərkəzində yaşayan şəhərlilər isə "Mançestir Siti”yə azarkeşlik edirlər.

Yüzlərlə insanın "Mançestir Yunayted”ın ev oyunlarını oynadığı "Old Trafford” stadionuna axışını neçə kilometr uzaq məsafədən görmək mümkündür.  





Stadionun ərazisinə çatanda orada MY-in əfsanəvi üçlüyünün – Corc Bestu, Denis Loy, Bobbi Çarlton - heykəllərinin önündə şəkil çəkdirməyə çalışan yüzlərlə azarkeş gördüm.





Burada "Mançestir Yunayted”in müxtəlif atributlarını satan insanlar və bu futbol komandası haqqında posterlərin durduğu oturacaqlar var idi. Siz burda oturub oyunun başlamasını gözləyə bilərsiniz. çünki fanatların əksəriyyəti oyundan bir xeyli əvvəl gəlir.




Xüsusi qonaqlar üçün nəzərdə tutulmuş Platin qapılardan və bir neçə labirintə bənzər yerlərdən keçərək biz stadionun içərisində nəzərdə tutulmuş restoranın içərisinə daxil olduq. Azərbaycandan gedən nümayəndə heyətinin hər biri oyun üçün xüsusi buraxlış almışdı və mən də o siyahıda idim.  





Onu da qeyd edək ki, xüsusi buraxlış bileti olmasına baxmayaraq, ora gələn insanlar üçün ciddi geyim qaydası nəzərdə tutulmuşdu. Buraya cins və krassovka ilə gəlmək olmazdı.  





Burada Azərbaycanın ilk mobil operatoru olan "Bakcell”in nümayəndələri üçün xüsusi stol hazırlanmışdı. Klubun nümayəndələri bizə adımızın yazıldığı futbol köynəklərini hədiyyə etdilər.





Stolda müxtəli yemək və içki növləri var idi.




Zal tam dolu idi. İnsanı rahatladan bir abu-hava – canlı musiqi, dünya hitlərini ifa edən müğənnilər  var idi. Sonradan bizə klubun nümayəndləri yaxınlaşdı, bizimlə foto çəkdirdilər və oyun üçün proqnozlarımızı soruşdular. Daha sonra bizə iki komandanın əsas heyətlərinin, həm də əvəzedici heyətlərini,  komandaların məşqçilərinin adı yazılmış siyahını təqdim etdilər.





Təxminən oyuna 5 dəqiqə qalmış qonaqları öz oturacaqlarına apardılar. Restorandan çıxan kimi biz "Old Trafford” stadionunun möhtəşəm mənzərəsi ilə üzbə-üz gəldik. Biz düz mərkəzdə yerləşdiyimizdən görüntü çox gözəl idi. Bizimlə üzbəüz hissədə "Old Trafford Manchester” yazısı göz qamaşdırırdı.





Oyundan öncə stadionun ot örtüyü sulayırdılar və stadionun işçiləri diqqətli şəkildə qazonun oyuna hazır olmasını yoxlayırdı.





Sonra hər iki komanda stadiona çıxdı və bu zaman bütün azarkeşlər alqışlarla onları qarşıladı.





MY komandasının hər oyunçusunun adı çəkiləndə stadiondan uğultu keçir, alqış sədası qalxırdı. Baş hakm Martin Atkinson oyunun başlama fitin çalan kimi 75 minlik  azarkeş ordusu öz komandalarını dəstəkləməyə başladı. Bu inanılmaz məkan və abu-hava adamın  nəfəsini kəsirdi. Ətrafında minlərlə azarkeşin əl çaldığı, dəstək şuarları səsləndirdiyi bu  böyük prosesin bir hissəsi olmaq, insanda doğrdan da həyəcan yaradırdı.  Axı ingilis fanatları üçün futbol həyatdır! Bu inanılmaz hissləri yazmaq asan deyil, onu yaşamaq və duymaq lazımdır. Mənim ingilis Premyer Liqasının oyununda iştirak etmək istəyim baş tutmuşdu və mən buna görə xoşbəxt idim.





Stadionda havanın küləkli və soyuq olmasını biz demək olar ki, hiss etmirdik. Birinci hissə bitən kimi restorana qayıtdıq və isti kofelərimizi içərək ikinci hissənin başlamasını gözlədik.
 




İkinci hissədə futbolçular bizi öz gözəl qolları ilə sevindirdi və azarkeşlərin alqışlarını qazandılar. Həmin gün dünyanın iki ulduz futbolçusu - Robin Van Persi və Radamel Falkao qol vuraraq bizi sevindirdi. Qeyd edək ki, bizim oturduğumuz yerlər xüsusi qonaqlar üçün nəzərdə tutulduğundan  heç kimə satılmır. Xatırladaq ki, bizimlə eyni görüntüyə sahib yerdən paket almaq sizə 1500 funta və daha baha başa gələ bilər. Təbii ki, qiymət paketə nələrin daxil olduğuna bağlıdır.



İngilis azarkeşlər öz klublarını çılğınca dəstəkləyirdilər. Məsələn, mənim arxamda oturmuş iki azarkeş necə qışqırırdısa, səsləri bütün stadionda əks-sədə verirdi, desəm yanılmaram. "Old Trafford” stadionu ora gələn azarkeşlərin sayına görə mənə çox böyük təsir bağışladı.



Rəqib azarkelər üçün nəzərdə tutulmuş sektoru bütün o böyük qırmızı fanat ordusunun içində son dərəcə balaca mavi ada görüntüsü təsiri bağışlayırdı.  "Lester Siti”nin oyunçusu qol vurarkən onun azarkeşləri sevinc səsləri çıxardılar, amma buna cavab olaraq MY azarkeşləri bir qışqırıqda onların səsin batırdı.  





Oyun bitdikdən sonra azerkeşlər sakit formada stadionu tərk etməyə başladılar.  Maraqlı fakt budur ki, heç bir həngamə və toqquşma yaşanmadı. Stadionda çoxlu çıxışların olması insan selinin bir-birinə qarışmasına və sıxlıq yaratmasına mane olur. Onu da qeyd edək ki, oyun bitdikdən sonra stadionda olan yollar 40-45 dəqiqəliyinə bağlanılır ki, insanlar rahat şəkildə pablara gedərək öz komandalarının qələbəsini qeyd etsinlər. Buna görə şəhərin bütün kafe və pabları ağzına kimi dolu idi.

Mənim ən çox diqqətimi stadiondan çıxan azarkeşləri at belində oturaraq yönləndirməyə çalışan iki ingilis polisi (biri kişi, o biri qadın) oldu. Atın qorunması polislərin qorunmasından heç də pis deyildi. Hər hansısa bir qarma-qarışıqlıq yaşanardısa, o zaman atın gözlərini qorumaq üçün ona şəffaf plastmasdan hazırlanmış maska taxmışdılar.





Oyun bitdikdən sonra biz otelə geri qayıtdıq və bir neçə saatlıq yürüyüşdən sonra isə növbəti maraqlı günə hazırlaşmağa başladıq. Beləliklə, 31 yanvar tarixi mənim yaddaşımda heç zaman unudulmayacaq hisslər və xatirələrlə dolu gün olaraq qaldı.

MY – "Lester Siti” oyununa getməyimiz üçün bizə yardım etdiyi üçün Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell” şirkətinə xüsusi təşəkkürümüzü bildiririk. "Bakcell” dünyaca məşhur futbol klubu olan "Mançestir Yunayted”lə ("Manchester United”)  ilk əməkdaşlığa başlayan Azərbaycan şirkətidir.  Qeyd etmək yerinə düşər ki, "Bakcell” nəinki Azərbaycanda, eləcə də bütün post-sovet məkanında dünyanın ən böyük futbol klubu ilə əməkdaşlığa başlayan ilk şirkətidir.

Beləcə, səyahət davam edirdi...
 
 









0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb