“Old Trafford” muzeyinə ekskursiya – Reportaj

18:45 | 18.02.2015
“Old Trafford” muzeyinə ekskursiya  – Reportaj

“Old Trafford” muzeyinə ekskursiya – Reportaj

Rüstəm Qasımov

Klubun ən gizli, dəyərli əşyalarının toplandığı yerdir bura. Toplanan eksponatlar komandanın tarixində baş vermiş ən önəmli hadisələrdən bəhs edir. Biz MY-in "Old Trafford”da yerləşən məşhur muzeyinə baş çəkdik.  
Üçüncü mərtəbəyə qalxanda mənim diqqətimi üzərində MY-in emblemi olan futbol topu və qara butsilər çəkir.





Muzeyin giriş hissəsində, muzeyə girişin qiymətləri ilə bağlı lövhə vurulub. Bu lövhədə hər yaş qrupundan olanların üçün biletlərin qiymətindən tutmuş, qrup şəkilində gələnlər və tələbələr üçün nəzərdə tutulmuş qiymətlər göstərilib. Muzey dörd uşaqlı ailələr şəkilində gələnlər və tələbələr üçün endirimlər edir. 5 yaşdan aşağı olan uşaqlar üçün isə giriş pulsuzdur.  





Muzeyin girişinə MY-in qazandığı məşhur üç kubok qoyulub. Müəyyən miqdar ödədikdən sonra onlarla şəkil çəkdirmək olur. Həmin gün şəkil çəkdirmək istəyənlər az deyildi.





Muzeyə xüsusi buraxılış – onun vasitəsi ilə ürəyin istədiyi qədər muzeydə gəzə bilərsən -  aldıqdan sonra biz muzeydə sərgilənən eksponatlara baxmağa getdik. Mənim birinci diqqətimi çəkən MY-in futbolçularının şəxsi əşyaları idi. Bunların arasında əlcəklər, qapıçılar və meydan oyunçuları üçün formalar, futbol topları, müxtəlif rəngli və növdə butsilər var idi. Bu kollektiv lövhə idi.




Bunun ardınca fərdi lövhələr gəlir. Məsələn, onların arasında Roy Kin və Tommi Teylora məxsus lövhələr göz oxşayırdı.

 



Bundan sonra bir çoxlarının dünya futbolunun unudulmaz simalarından hesab etdiyi və MY-in əfsanələrindən biri olan  Şimali İrlandiya əsilli futbolçu Corc Betsə məxsus lövhə gəlirdi. Burada onun butsiləri, şəkilləri, şəxsi əşyaları və onun digər əşyaları sərgilənirdi.





Daha irəli getdikdə klubun tarixində qazandığı kuboklar nümayiş olunurdu. Bu qədər parlaq kubokları görmək adamda xoş hisslər və əlbəttə ki, klub adına qürur hissi doğurur. Klub doğrudan da, bir çox parlaq qələbələri olan və dünyanın ən titulu komandalarından biridir.





Muzey təkcə möhtəşəm qələbələrlə dolu xoş xatirələri özündə daşımır, o həm də, bu dünyanı müxtəlif səbəblərdən tərk etmiş oyunçularının kədərini də sərgiləyir. Məsələn, lövhələrdən birində yazılıb: "MY-in oyunçuları II Dünya Müharibəsində nə etdi?”





Bundan sonra monitorda II Dünya Müharibəsində ölən məşhur MY-li futbolçuların qədim video yazılarını gördük.





Növbəti lövhə yenə də II Dünya Müharibəsinin qəhrəmanlarına həsr olunub. Bu lövhədə "Hər bir insan ölkənin ağır zamanlarında onu qorumalıdır” - yazılıb.





Növbəti lövhə klub tarixinin ən faciəli hadisələrindən bir olan 1958-ci il 6 fevral Münxen təyyarə qəzasında ölənlərə həsr olunub. "British European Airways” kompaniyasına məxsus təyyarə Münxendən uçarkən qəzaya uğramışdı. Həmin təyyarənin bortunda MY-in "Babsinin uşaqları” ləqəbini almış oyunçuları və bir neçə məşqçi, jurnalist və fanatlar yer alırdı. Bortda olan 44 nəfərdən 23-ü həlak olmuşdu. Yaralananlar Münxen hospitalına yerləşdirilmişdi.  

Qeyd edim ki, bazar günü muzeyə gələnlərin sayı çox idi. Onların arasında eksponatlara maraqla baxan balaca uşaqlar da az deyildi.





İşıq sisteminin düzgün qurulması, böyük şəffaf şüşələr və proporsional düzülmüş eksponatlar bizim ekskursiyamızı daha maraqlı etdi. Çünki bunun sayəsində biz hər bir eksponatın ən xırda detalına belə baxa bilirdik.





Muzeydə diqqətimi qəfil bir lövhə cəlb etdi. Sonu görünməyən bu lövhədə müxtəlif illərdə MY-də top qovmuş oyunçular haqqında məlumat əks olunmuşdu.




Bunlardan başqa muzeydə, klub özünün ən parlaq və uğursuz dönəmlərində onu sevməkdən əl çəkməyən fanatlarına da ayrıca yer ayırmışdı: "Mançester Yunaytet”in azarkeşləri hər zaman öz həyatlarını bu əfsanəvi klubla bağlayır. İşdən sonra belə ən soyuq günlərdə öz komandalarını dəstəkləmək üçün stadiona axışırlar. Klub üçün vacib oyunlarda dəstək olmaq üçün minlərlə mil yol qət edərək oyunlara gəlirlər. Stadionda onların sayı rəqib azarkeşlərindən iki dəfə az olsa da, onların səsi həmişə eşidilir, çünki onlar bunun üçün var gücləri ilə çalışırlar.

Bəziləri deyir ki, futbol sadəcə oyundur. Bu belə deyil. Fanatlar komandaının on ikinci oyunçusudur. Onlar komandanı ən ağır məğlubiyyət zamanı da dəstəkləyirlər. Klubun ilkin yarandığı dövrlərdən - stadionda modası keçmiş oturacaqlar olanda – tutmuş, indiki müasir və rahat kresloların olduğu zamana kimi azarkeşlər komandanı hər zaman qələbə üçün dəstəkləmək üçün stadiona gəlib. Bu komandanı motivasiya edərək, onun ən prinsipial və çətin oyunlarda qalib gəlməsinə səbəb olub!”.

Bu kiçik zaman kəsimində biz MY kimi əfsanəvi klubun çox zəngin tarixi ilə təmasda olduq. Onu qeyd edim ki, "Mançester Yunaytet” öz adət və ənənəsinə çox diqqətlə yanaşır. Bu adət və ənənə çərçivəsində yetişən yeni nəsil, həm futbolu, həm də öz sevimli klubunu sevməyə başlayır. Belə ənənəsi olan klub üçün zaman qorxulu deyil.  

"Mançester Yunaytet”in muzeyində olmağımızda bizə köməklik göstərən Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell” şirkətinə xüsusi təşəkkürümüzü bildiririk. "Bakcell” dünyaca məşhur futbol klubu olan "Mançestir Yunayted”lə ("Manchester United”)  ilk əməkdaşlığa başlayan Azərbaycan şirkətidir.  Qeyd etmək yerinə düşər ki, "Bakcell” nəinki Azərbaycanda, eləcə də bütün post-sovet məkanında dünyanın ən böyük futbol klubu ilə əməkdaşlığa başlayan ilk şirkətidir.

Beləcə, səyahət davam edir...

ANN.Az
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb