Mançini Droqbanı istəmir

23:38 | 02.04.2014
Mançini Droqbanı istəmir

Mançini Droqbanı istəmir

"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini futbolçusu Didye Droqbanı yeni mövsümdə  komandasında görmək istəmir.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis klubun prezidenti Ünal Aysalla görüşdə Fildişi sahilli hücumçunun "Cim-Bom"dakı taleyini müzakirə edib.

Aysal Mançiniyə təcrübəli oyunçu ilə müqaviləni yeniləmək istədiklərini deyib. Mançini isə   Droqbanın qol vurmaqda çətinlik çəkdiyini və artıq əvvəlki gücündə olmadığını bildirib. Bu səbəbdən o, Droqbanın klubdan ayrılmasını daha düzgün hesab edib. 49 yaşlı çalışdırıcı qeyd edib ki, gənc futbolçulardan ibarət komanda yaratmaq istəyir.

"Qalatasaray"ın mövsümün sonunda müqaviləsi başa çatacaq Droqba ilə müqaviləni yeniləyib-yeniləməyəcəyi maraqla gözlənilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb