Manuel Peleqrini: "Çempionluq gözləyirəm"

16:27 | 08.05.2014
Manuel Peleqrini: "Çempionluq gözləyirəm"

Manuel Peleqrini: "Çempionluq gözləyirəm"

"Mançester Siti" klubunun baş məşqçisi Manuel Peleqrini dünən Premyer Liqada "Aston Villa" ilə baş tutan oyundan sonra (4:0) fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, BBC telekanalına danışan çilili mütəxəssis artıq komandasından çempionluq gözlədiyini bildirib:

"Dünən möhtəşəm qələbə qazanmaqla liderliyə yüksəldik. Artıq komandamdan çempionluq gözləyirəm. Qarşıda cəmi bir oyunumuz var və qələbə qazanacağımız təqdirdə kuboka sahib çıxacağıq. Buna istəyimizə nail olacağımıza inanıram".

Qeyd edək ki, Premyer Liqanın son turunda "Mançester Siti" klubu öz meydanında "Vest Hem"lə qarşılaşacaq. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb