Maradona: “Pele həmişə ikinci olub”

18:49 | 24.01.2014
Maradona: “Pele həmişə ikinci olub”

Maradona: “Pele həmişə ikinci olub”

Əfsanəvi futbolçu Dieqo Maradona növbəti dəfə futbol kralı Peleni qıcıqlandıracaq açıqlama verib.Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu yaxınlarda braziliyalının FİFA-dan fəxri “Qızıl top” mükafatı almasına toxunan Maradona  deyib ki, Pele onun yanında həmişə ikinci olmağa adət edib."İstəyirəm hamı bilsin: ilk fəxri “Qızıl top” hələ 1995-ci ildə Parisdə mənə verilib. Pele isə yenə ikinci oldu. Bu, artıq onun adətinə çevrilib. Braziliya tarixinin ən yaxşı idmançısı seçiləndə də o, Ayrton Senneyə uduzaraq ikinci olmuşdu. İnd isə mənə məğlub oldu” – deyə Maradona bildirib.Qeyd edək ki, Maradona ilə Pele arasında gərginlik uzun müddətdir davam edir. Maradona futbol tarixində özünü Peledən yüksəkdə gördüyünü bildirir, braziliyalı isə onun fikirlərini rədd edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb