Mario Mandzukiç "Atletiko"ya keçdi

16:41 | 11.07.2014
Mario Mandzukiç "Atletiko"ya keçdi

Mario Mandzukiç "Atletiko"ya keçdi

"Bavariya"dan ayrılan Mario Mandzukiç yeni mövsümdən karyerasını "Atletiko" (Madrid) klubunda davam etdirəcək.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün tibbi müayinədən keçən 28 yaşlı futbolçu Madrid təmsilçisi ilə 2019-cu ilə qədər müqavilə imzalayıb.

Bu transferin "Atletiko"ya 22 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, ötən mövsüm Almaniya bundesliqasında 30 oyuna çıxan xorvatiyalı futbolçu 18 dəfə rəqib qapılarına yol tapıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM