Marsa uçuş reallaşır - mühərrik sınaqdan çıxarıldı

20:38 | 26.09.2016
Marsa uçuş reallaşır - mühərrik sınaqdan çıxarıldı

Marsa uçuş reallaşır - mühərrik sınaqdan çıxarıldı

ABŞ-ın özəl "SpaceX” şirkəti ilk dəfə olaraq planetlərarası uçuşlar üçün nəzərdə tutulan "Raptor” mühərrikini sınaqdan çıxarıb.
 
İKT.lent.az-ın CNBC-yə istinadən verdiyi xəbərə görə, mühərrikin uğurlu sınağı barədə öz "Twitter” səhifəsində "SpaceX”ın sahibi İlon Mask (Elon Musk) yazıb. 
 
"Raptor” mühərriki maye metanla çalışır. O, böyük ehtimalla Mars missiyası üçün "Dragon” raketində istifadə olunacaq. İ. Mask bildirib ki, "Raptor” "Falcon 9” raketində istifadə olunan "Merlin” mühərrikindən üç dəfə güclüdür.
 
Mühərrikin sınağı İ. Maskın Marsa uçuş missiyası ilə bağlı çıxışı ərəfəsində həyata keçirilib. CNBC-nin xəbərinə görə, iş adamı sabah Meksikanın Qvadalahara şəhərində keçiriləcək Beynəlxalq Astronomiya Konqresində 10 il ərzində Marsın məskunlaşdırılmasına başlamaq niyyətini bəyan edəcək və bu çərçivədə "Marsın məskunlaşdırılması üçün nəqliyyat” layihəsindən danışacaq. 2018-ci ildə Marsa pilotsuz uçuş həyata keçirmək, 2020-2025-ci illər ərzində isə qırmızı planetə 100 insan göndərmək planlaşdırılır.  


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb