Masallıda qəzaya düşən 17 nəfərin adı açıqlanıb - Yenilənib

13:09 | 25.12.2023
Masallıda qəzaya düşən 17 nəfərin adı açıqlanıb - Yenilənib

Masallıda qəzaya düşən 17 nəfərin adı açıqlanıb - Yenilənib

Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində "ZİL" markalı mikroavtobusun "KamAZ"la toqquşması nəticəsində xəsarət alanların adları məlum olub.


Həmin şəxslər aşağıdakılardır:


1. Abdullayeva Rəfiqə Kərəm qızı - 1958 –ci il
2. Əhədova Səidə Həmid qızı - 1957- ci il
3. Verdiyeva Mötəbər Mirzəhüseyn oğlu - 1961- ci il
4. Əliyeva Təranə Vəli qızı - 1965- ci il
5. Hüseynova Gülümnaz Müəllim qızı - 1956-ci il
6. Əhədova Laləzar Xanış qızı - 1966- ci il
7. Məmmədova Aidə Məmməd qızı - 1960- ci il
8. Paşayeva Zeynəb Şahvəli qızı - 1980-ci il
9. Hüseynova Südabə Hidayət qızı - 1971-ci il
10. Xuduyeva Sahilə Eminağa qızı - 1982-ci il
11. Xuduyeva Aynur Akşin qızı - 2006-ci il
12. Həsənzadə Yağmur Yalçın qızı - 2009-ci il
13. Abbasova Fatimə İsmayıl qızı - 1964-ci il
14. Abdullayeva Zəminə Həmid qızı -1974-ci il
15. Quliyeva Validə Sakit qızı - 1965-ci il
16. Xudiyev Səmidağa Polad oğlu - 1965-ci il
17. Xuduzadə Ellada Akşin qızı - 2007-ci il


Xəsarət alanlar Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Həkimlər yaralıların durumunu orta ağır kimi qiymətləndirirlər.


10:54
Dekabrın 25-də saat 08 radələrində Lənkəran rayon sakini S.Xudiyevin idarə etdiyi "ZİL" markalı mikroavtobus Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən Lənkəran rayon sakini E.Mirzəyevin idarə etdiyi "KAMAZ" markalı avtomobillə toqquşub.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un cənub bürosuna verilən məlumata görə, nəticədə mikroavtobusda olan sərnişin, Lənkəran rayon sakini Mailə Bayramova aldığı xəsarətlərdən ölüb, həmin avtomobilin sürücüsü və 15 sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar.


Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb