Ölkə vətəndaşını təhqir edən polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib. İstiPress-in APA-ya istinadla verdiyi məlumata görə, bir neçə gün öncə sosial şəbəkələrdə Masallı rayonundan olan bir gəncin polis əməkdaşı tərəfindən təhqir olunmasını əks etdirən video yayılıb. Dərhal Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən xidməti yoxlama aparılıb və nəticədə fakt təsdiqini tapıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !