"Maşın" realiti şousunda onların iştirakı dəqiqləşdi — SİYAHI

23:51 | 24.09.2019

"Maşın" realiti şousunda onların iştirakı dəqiqləşdi — SİYAHI

Təxminən 1 həftədən sonra Azərbaycaın ən səs-küylü realiti şousu olan "Maşın" start götürəcək. Layihə bu dəfə də ATV kanalında yayımlanacaq. Mətbuatda reytinqli yarışmada iştirak edəcək məşhurların bir neçəsinin adı hallansa da, avtomobil uğrunda mübarizə aparacaq 18 tanınmışın adı gizli saxlanılır. İştirakçıların kimliyi oktyabrın 1-də canlı yayımda açıqlanacaq.

Yayılan məlumata əsasən, siyahıda bu şouda bir neçə dəfə iştirak etmiş simalara da, ilk dəfə şouya qatılan "təcrübəsiz ulduzlar"a da yer verilib.
 
"Qafqazinfo" qalmaqallı şouda yer alan tanınmışların adlarını əldə edib. Verilişdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası, Xalq artisti Fatma Mahmudova yer alacaq. "Bacanaqlar" serialı ilə ulduzu daha da parıldayan aktrisanın proqramda emosional çıxışları, yumoristik atmacaları ilə "Maşın"a rəng qatacağı gözəlinilir.
 

Müsabiqəsinin digər bir yeni siması isə xeyli müddətdir Türkiyədə yaşayan müğənni Ayan Babakişiyevadır. Onu uzun illərdir qadağa olduğu kanalın əsas şousunda görəcəyik.

Son zamanlar müğənni kimi ard-arda mahnılar çıxardan, kliplər təqdim edən Aysun İsmayılova da avtomobil uğrunda mübarizə aparacaq tanınmışlardandır. Aysunun anası Rəqsanə İsmayılova kimi "Maşın"da qalmaqallı çıxışlar edəcəyi, qruplaşmalarda yer alacağı ehtimal edilir.
 

Layihənin digər üzvü isə Aşıq Namiq Fərhadoğludur. Həm media, həm də sosial şəbəkələrin tez-tez dilinə düşən Namiq şouda öz yerini alıb.


"Maşın" realiti şousunda bu dəfə sosial şəbəkə fenomenlərinə yer verilib. Tahel Yüzbəyov, Hüseyn Əzizoğlu, Mənsur Şərifov kimi Rəsul Abbasov da iştirak edəcək.


Bundan əlavə, Nigar Camal, Sevinc Əliyeva, Ələkbər Yasamallı, Elcan Rəsulov, Səidə Sultanın da şouda yer alacağı iddia edilib. Lakin adları çəkilən tanınmışlardan bir neçəsi məlumatı təkzib edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb