“Maşın”da daha bir nəfər əlini çəkdi Videofakt

15:35 | 31.05.2018
“Maşın”da daha bir nəfər əlini çəkdi – Videofakt

“Maşın”da daha bir nəfər əlini çəkdi Videofakt

"Maşın” şouda növbəti qalmaqallı görüntülər ortaya çıxıb.

Minval.info xəbər verir ki, yarışmanın iştirakçılarından olan müğənni Əli Mirəliyev oyunun ilk günü əlini maşının üzərindən çəkib.

O, şounun ilk günü olduğundan diqqətsiz davranıb və verilişin qaydalarını pozub. Belə olan halda Ə.Mirəliyev yarışmanı hamıdan öncə tərk etməli idi.

Xatırladaq ki, dünən "Maşın”da mübarizəni yarımçıq qoyan meyxanaçı Ələkbər Yasamallı da səhvən əlini avtomobilin üstündən götürüb. Verilişin aparıcısı Murad Dadaşov isə bunu ört-basdır etməyə çalışıb.

Lakin görüntülər mediada və sosial şəbəkələrdə yayıldıqdan sonra o, məcburiyyət qarşısında qalaraq həmin kadrların efirə verilməsini istəyib. Nəticədə isə Ələkbər Yasamallı qaydalara uyğun olaraq oyunu yarıda qoyub.

Maraqlı məqam ondan ibarətdir ki, dünən adlarını çəkdiyimiz hər iki iştirakçı arasında mübahisə yaşanıb və eyni aqibətlə qarşılaşıb. Görünür, elə ilk gündən maşın uğrunda mübarizə aparmaq onlara çətin gəlib.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM