Maykl Ceksonun əsərləri avqustun 3-də hərraca çıxarılacaq

23:11 | 24.07.2024
Maykl Ceksonun əsərləri avqustun 3-də hərraca çıxarılacaq

Maykl Ceksonun əsərləri avqustun 3-də hərraca çıxarılacaq

Avqustun 3-də mərhum estrada ulduzu Maykl Ceksonun 78 rəsm əsəri hərraca çıxarılacaq.

Hər bir eskiz şəxsən onun tərəfindən imzalanıb.

2009-cu ildə 50 yaşında dünyasını dəyişən Cekson ömürlük sənət həvəskarı olub və gənc yaşlarından rəsm çəkməyə başlayıb. Karyerası boyu qastrol səfərləri zamanı Cekson tez-tez rəsm çəkməyə başlayıb və bu, hobbi olub.

"O, klassik və memarlıqdan pop-art və hətta rəsmi portretə qədər bir çox sənət janrlarından ilham alıb. O, həmçinin Londona və Britaniya ənənələrinə böyük məhəbbət bəsləyirdi”, - King's Auctions-ın press-relizində deyilir.

Hərrac King's Los Angeles filialı ilə birlikdə keçirilir. Uzaqdan və onlayn tender LiveAuctioneers vasitəsilə mümkün olacaq və ilkin baxışlar Beverli Hills və Las Veqasda keçiriləcək.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM