Medvedev: “Rusiya Avropa İttifaqı ilə münasibətləri bərpa etməyə hazırdır”

22:36 | 13.01.2016
Medvedev: “Rusiya Avropa İttifaqı ilə münasibətləri bərpa etməyə hazırdır”

Medvedev: “Rusiya Avropa İttifaqı ilə münasibətləri bərpa etməyə hazırdır”

"Avropa bizim yaxın qonşumuz, vacib iqtisadi tərəfdaşımızdır”.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Qaydar Forumunda çıxış edən Rusiyanın baş naziri Dmitri Medvedev deyib. "Rusiya Avropa İttifaqı ilə normal münasibətləri bərpa etməyə hazırdır. Bizim Avropa İttifaqı ilə ticarət dövriyyəmiz təəssüf doğuran sanksiya faktoruna baxmayaraq, əvvəlki kimi yüz milyardlarla avro ilə ölçülür”, - deyə Rusiya hökumətinin başçısı qeyd edib.
 
D. Medvedevin fikrincə, siyasət və geostrategiya bu gün dünya iqtisadiyyatına yeni qaydalar diktə edir: "Sonuncu mənfi nümunə Ukraynanın Rusiyaya olan borcuna görə Beynəlxalq Valyuta Fonduna olan təzyiqlərdir. Vəziyyət daha da ağırlaşır, hazırda iqtisadiyyatda şərtləri siyasət və geostrategiya diktə edir”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb