Mehriban Əliyeva qalibləri mükafatlandırıb - FOTOLAR

15:02 | 14.05.2017
Mehriban Əliyeva  qalibləri mükafatlandırıb - FOTOLAR

Mehriban Əliyeva qalibləri mükafatlandırıb - FOTOLAR

Bakıda Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika yarışlarında komanda hesabında qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Modern.az xəbər verir ki, mükafatlandırma mərasimində Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak edib.

Bu yarışmada Azərbaycan yığması qalib gəlib. Özbəkistan ikinci, Türkiyə komandası isə üçüncü yeri tutub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM