Mel Gibsonun "qızı" bədbəxt hadisə nəticəsində öldü

19:48 | 15.10.2014
Mel Gibsonun "qızı" bədbəxt hadisə nəticəsində öldü

Mel Gibsonun "qızı" bədbəxt hadisə nəticəsində öldü

Mel Gibsonun "Patriot" filmində qəhrəmanın qızı rolunda oynayan aktrisa Skay Makkoul Bartusyak tibbi preperatları artıq dozada qəbul etdiyindən 22 yaşında vəfat edib. 

ANN.Az-ın "The Hollywood Reporter"ə istinadən verdiyi xəbərə görə, aktrisanın ölümünə səbəb hidrokodon, diftoretan və karizoprodol qarışığı olub. Həkimlər onun ölümünü bədbəxt hadisə hesab edirlər. 

Aktrisanın ən məşhur rolu 1776-cı ildə ABŞ-da müstəqillik müharibəsi dövründə baş verən hadisələrdən bəhs edən "Patriot" filmində olub. Mel Gibson filmdə 7 uşaq atası olan veteran rolunu canlandırıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb