Müəllim olmaq istəyənlərin imtahan balları qaldırılır

14:04 | 20.11.2014
Müəllim olmaq istəyənlərin imtahan balları qaldırılır

Müəllim olmaq istəyənlərin imtahan balları qaldırılır

Milli Məclisin bu gün keçirilən iclasında təhsil naziri Mikayıl Cabbarov 2015-ci il büdcə alyihəsinin müzakirəsi zamanı təhsil sahəsindən şikayətlənən və Təhsil Nazirliyinə təkliflər verən deputatların fikirlərinə münasibət bildirib.ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, nazir bildirib ki, müəllimlərin maksimal dərs yükü 36 dərs saatına bərabər ola bilər: “Bu da onların öz istəyi ilə müəyyən edilir. Onalrın əmək haqlarına gəldikdə isə bu göstərici 12 saat üçün minimal 155, maksimum isə 207 manata bərabərdir”Nazir həmçinin rayon və kənd məktəblərində vakant yerlərlə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, respublikanın kənd və rayonlarında vakant say 3 faizdən 1 faizə enib: “Bu da onu göstərir ki, gənc müəllimlərin ucqar ərazilərimizdə işləməsinə həvəsləndirilmək üçün hökumətin apardığı işlər öz müsbət təsirini verir”. Daha sonra müəllimlərin sayından danışan təhsil naziri qeyd edib ki, əvvəllər Azərbaycanda 1 müəllimə 8 şagird düşürdü: “Görülən tədbirlər nəticəsində bu göstərici respublikada 1 müəllimə 9 şagird, Bakıda isə 1 müəllimə 12 şagird düşür .Hazırda Azərbaycanda 151 min müəllim fəaliyət göstərir”. M.Cabbarov müəllimlərin nüfuzundan danışıb: “Bütün müəllim ixtisaslarına ali təhsil müəssisələrində qəbul balları qaldırılır. Bu da müəllimin nüfuzunun artmasına öz müsbət təsirini göstərəcək”,-deyə nazir əlavə edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM