MƏN: "Ev-eşiyi bu sənətlə düzüb-qoşmuşam" - Qalayçı Zakir

11:32 | 06.05.2015
MƏN:

MƏN: "Ev-eşiyi bu sənətlə düzüb-qoşmuşam" - Qalayçı Zakir

Qədim sənətlərdən biridir qalayçılıq. Nəinki Bakıda, hətta Azərbaycanda barmaq sayı qədər bu sənətin sənətkarı var. Qalayçılığa marağın azalması onun "ölü peşələr" siyahısına düşməsinə səbəb olub. 

Mis, bürünc qabların pas atmasının qarşısını alan, istifadə müddətinin uzadılmasına xidmət edən bu sənət daha çox babadan ataya, atadan oğula keçməklə yaşadılır. Qalayçılığın yaşanması bu sənətə olan ehtiyacdan doğmur, ona sevgidən və ata-baba izinin itməsinin qorxusundan irəli gəlir. 

Bu gün qalayçılığa önəm verən, maddi durumunu odla misin, alovla bürüncün qovuşmasından çıxaran sənətkarlar var. Özlərinin də etiraf etdiyi kimi, onlar dəfələrlə ayrı sahələrdə işləməyə çalışsalar da, sonda doğma sənətə dönməyi, onu yaşatmağı və öz övladlarına öyrətməyi üstün biliblər.

ANN.TV-nin çəkiliş qrupu "MƏN" rubrikası çərçivəsində bu sənətin nümayəndəsi olan Qalayçı Zakirin bir iş gününü lentə alıb. Sənətkar bu sənətə necə gəlməsindən, hansı işləri görməsindən, insanların qalayçılara nə zaman üz tutmalarından və bütün çətinliklərinə, maddi problemlərinı baxmayaraq sənətinə olan vurğunluğundan danışıb.

Gəlin, Qalayçı Zakirin monoloqunu izləyək

Hazırladı: Aynur Məmmədova

 
 

 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM