Müğənninin Bakı konserti ukraynalıların qınağında

11:46 | 30.07.2014
Müğənninin Bakı konserti ukraynalıların qınağında

Müğənninin Bakı konserti ukraynalıların qınağında

Ukrayna estradasının ulduzu, müğənni Ani Lorak Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.ANS PRESS-in məlumatına görə, oktyabrın 25-də baş tutacaq konsert müğənninin Bakı musiqisevərləri ilə ikinci görüşü olacaq. Lakin Ukraynada vətəndaş müharibəsi baş verdiyi və insanların öldüyü bir zamanda müğənninin fəaliyyəti həmvətənləri tərəfindən birmənalı qarşılanmır. Sosial şəbəkələrdə heç nə olmamış kimi Rusiya səhnəsində fəaliyyətini davam etdirməsi ukraynanılar tərəfindən geniş müzakirə mövzusuna çevrilib. Müğənni təqib və təhqir mövzusuna çevrilsə də istifadəçilərdən biri daha mədəni şəkildə: “Biz bilirik siz rusiya yönlü olsanız da, Ukraynada ruslar tərəfindən yaşanan ölümlərə laqeyd yanaşa bilməzsiz. Fəaliyyətinizi bir müddət saxlasaydız bizi sevindirmiş olardız”- deyə müğənniyə müraciət edib. Lakin bütün bu cür müraciətlər nədənsə müğənni tərəfindən hələ də cavabsız qalıb. Qeyd edək ki, Ani Lorak “Shady Lady” mahnısı ilə “Eurovision-2008” müsabiqəsində ikinci yeri tutub. O, “Qızıl qrammafon”, “İlin müğənnisi”, “İlin adamı”, “İlin mahnısı” və s. mükafatlara layiq görülüb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb