Mənzil bazarında ucuzlaşma

09:57 | 06.01.2015
Mənzil bazarında ucuzlaşma

Mənzil bazarında ucuzlaşma

Moskvada təkrar mənzil bazarında mənzillərin dollarla qiyməti 2,5 dəfə ucuzlaşıb.

Oxu.Az "RBK”-ya istinadən xəbər verir ki, ekspertlərin qeyd etdiklərinə görə, bir kvadrat metrin qiyməti valyuta kursunun pik həddində 2800 dollara qədər ucuzlaşıb. Bu, 2006-cı ildən bu yana qədər minimal göstəricidir. Daha bir rekord noyabr ayında qeydə alınıb. O zaman rublun qiymətləri tarixi maksimum həddə çatmışdı. Hal-hazırda təklifin orta dəyəri bir kvadrat metr üçün 191,7 min rubldan ibarətdir, bu isə 2013-cü il göstəricilərindən 7,2% çoxdur.

Təkrar Mənzil Bazarı Departamentinin direktoru Sergey Şlomanın sözlərinə görə, gələcəkdə "əgər rubl gözəçarpacaq dərəcədə zəifləməyə davam edərsə, qiymət rəsmi olaraq artacaq”.

Ekspertlər hadisələrin fonunda qeyd edirlər ki, "iqtisadiyyatda neqativ tendensiyaların güclənməsi, məhz əhaliyə və tikinti ilə məşğul olanlara kreditlərin verilməsi, ciddi nəticələrə təklifin çoxalmasına, alıcılıq fəallığının azalmasına və nəticə olaraq qiymətlərin ucuzlaşmasına gətirib çıxaracaq”.  

Bununla yanaşı, bir dollar üçün 60 rubl kursunun və neftin bir bareli üçün 60-70 dollar qiymətin sabitləşməsi və bankların, o cümlədən də yaşayış kreditləri sahəsində öz öhdəliklərini yerinə yetirilməsinə davam etməsi, təkrar mənzil bazarında kəskin dəyişiklikdən qaçmağa imkan verəcək.

Ekspertlər proqnozlaşdırır ki, "hal-hazırda mümkün ucuzlaşma 10-15%-dən ibarət olacaq, illik qiymət artımı 2014-cü ilin göstəricilərində +/- 5% çərçivəsində korrektə ediləcək”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb