Mənzildə güclü partlayış: ailənin 5 üzvü ağır yaralandı

11:09 | 11.12.2014
Mənzildə güclü partlayış: ailənin 5 üzvü ağır yaralandı

Mənzildə güclü partlayış: ailənin 5 üzvü ağır yaralandı

Lənkəran rayonunun Liman şəhərində güclü partlayış baş verib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə şəhər sakini Zərdiyev İsmayıl Nağdalı oğluna məxsus yaşayış evində qeydə alınıb. Yanğına keçən partlayış nəticəsində ev sahibi özü, həyat yoldaşı Elnarə Zərdiyeva, övladları Aytac, Kənan və Nərmin müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların beşinin də vəziyyəti ağır qiymətləndirilir.

Partlayışa qaz sızmasının səbəb olduğu ehtimal olunur. Partlayış baş verən ev dağılıb. Faktla bağlı araşdırma aparılır.

ANN.Az

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM