Mərcə girib 41 yumurta yeyən şəxs öldü

23:00 | 04.11.2019
Mərcə girib 41 yumurta yeyən şəxs öldü

Mərcə girib 41 yumurta yeyən şəxs öldü

Hindistanın Uttar Pradeş ştatının Jaunpur bölgəsində ardıcıl olaraq 41 yumurta yeyən şəxs həyatını itirib. 

BAKU.WS xəbər verir ki, bu barədə "Dailymail" məlumat yayıb. 

Məlumata görə, 42 yaşlı Subhash Yadav və dostu 2 min hind rupisindən (161 manat) mərcə giriblər. 


Onlar öz aralarında 50 yumurtanı tez yeyən şəxsin qalib gələcəyini bildiriblər. 

Yadav 42-ci yumurtanı yeyərkən huşunu itirib xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxana rəhbərliyi Yadavın həddindən artıq yeməkdən öldüyünü açıqlayıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM