Merkeldən Rusiyaya qarşı sərt sanksiya TƏKLİFİ

23:47 | 15.10.2016
Merkeldən Rusiyaya qarşı sərt sanksiya TƏKLİFİ

Merkeldən Rusiyaya qarşı sərt sanksiya TƏKLİFİ

Almaniya kansleri Angela Merkel Suriyadakı vəziyyətlə əlaqədar Avropa İttifaqına Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi təklif etmək niyyətindədir.

ANN.Az APA-ya istinadən xəbər verir ki,bu barədə Almaniyanın nüfuzlu "Frankfurter Allgemeine Sonntagszeitung" nəşri məlumat yayıb.  
 
Məlumata görə, Merkel qeyd olunan mövzunu 20-21 oktyabr tarixlərində keçirilməsi planlaşdırılan Aİ sammitində qaldırmaq niyyətindədir.  
 
Nəşr qeyd edir ki,  Merkelin təklif edəcəyi sanksiyalar təyyarə istehsalı və müdafiə sənayesi sahələrini əhatə edəcək.
 
Qəzetin məlumatına görə, ABŞ prezidenti Barak Obama Aİ-nin təşəbbüsə müsbət reaksiya verəcəyi təqdirdə Merkeli dəstəkləyəcəyini vəd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb