• $ 1.7
  • € 1.9044
  • ₽ 0.02125
  • ₺ 0.0438
  • £ 2.264

Mərkəzi Bankı son 4 iş günündə banklara 900 mln. dollar satıb

Mərkəzi Bankı son 4 iş günündə banklara 900 mln. dollar satıb
26.08.2015 16:14
Son bir ildə 6,7 mlrd. dollar itirən AMB-nin valyuta ehtiyatlarının bu ay kəskin azalacağı gözlənilir

Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) daxili valyuta bazarında ABŞ dollarına artan tələbatı qarşılamaq və cari məzənnənin sabitliyini qorumaq məqsədi ilə son bir həftə ərzində bazara valyuta müdaxiləsini kəskin artırıb.

"Report"un bank dairələrinə istinadən verdiyi xəbərə görə, son 4 iş günü ərzində (avqustun 20-21-də və 24-25-də) AMB banklararası valyuta bazarında kommersiya banklarına toplam olaraq 893 mln. dollar həcmində valyuta kütləsi satıb. Bu, kommersiya banklarının ABŞ dollarına olan gündəlik tələbatının artması ilə bağlıdır.

Belə ki, avqustun 20-də kommersiya banklarına 176 mln. dollar, avqustun 21-də 194 mln. dollar satan AMB bu həftənin ilk iki günündə daha 523 mln. dollar reallaşdırıb. Bunun 310 mln. dolları banklara avqustun 24-də, 213 mln. dolları avqustun 25-də satılıb.
Nəticədə, son 4 iş günü ərzində Mərkəzi Bankın bazara dollar müdaxiləsi 893 mln. dollar olub. Bu isə təxminən əvvəlki dövrün analoji aylıq göstəricisinə bərabərdir.

Müşahidəçilərin fikrincə, dollara tələbatın kəskin artması təsərrüfat subyektləri və s. müştərilərin müvəkkil kommersiya bankları, həmçinin fiziki şəxslərin mübadilə məntəqələri vasitəsilə milli valyutanın ABŞ dollarına konvertasiya etmək istəyi ilə bağlıdır. Bəzi hallarda nağd valyuta bazarında artmış tələbatı nəzərə alaraq mübadilə məntəqələri əsassız olaraq dolların satış məzənnəsini icazə verilən normadan daha çox artırmağa çalışır. Bir sıra kommersiya bankları isə nağd dolların satışını məhdudlaşdırıb (bir şəxsə - 1-5 min dollar).

Qeyd edək ki, bu gün, avqustun 26-da ABŞ dollarının rəsmi məzənnəsi AMB tərəfindən 1,0466 AZN/USD səviyyəsində müəyyənləşdirilib.
Xatırladaq ki, AMB-nin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2015-ci il avqustun 1-nə 8 501,5 mln. dollar təşkil edib. Bu, ötən ilin avqustun 1-i ilə müqayisədə 44,05%, cari ilin yanvarın 1-i ilə müqayisədə 38,21%, martın 1-nə nisbətən 22,75%, iyulun 1-nə nisbətən isə 0,22% azdır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:47
Azərbaycan nefti bahalaşıb
Azərbaycana turist axını 1 % artıb
İqtisadiyyat 17:52
Azərbaycana turist axını 1 % artıb
Naxçıvanda yük və sərnişin daşınması 1 %-ə yaxın artıb
İqtisadiyyat 17:40
Naxçıvanda yük və sərnişin daşınması 1 %-ə yaxın artıb
Naxçıvanda aqrar məhsulların istehsalı 1 %-dən çox artıb
İqtisadiyyat 17:30
Naxçıvanda aqrar məhsulların istehsalı 1 %-dən çox artıb
Yelo Bank-dan pulsuz debet kart!
İqtisadiyyat 17:18
Yelo Bank-dan pulsuz debet kart!
ADA Universitetinin 12 tələbəsi Azercell-də təcrübə keçəcək
İqtisadiyyat 14:25
ADA Universitetinin 12 tələbəsi Azercell-də təcrübə keçəcək

Birbank Biznes-dən xanım sahibkarlar üçün daha bir fürsət: “She’s Next” təşəbbüsünə qoşulun 15 000 AZN qazanmaq şansına sahib olun
İqtisadiyyat 14:20
Birbank Biznes-dən xanım sahibkarlar üçün daha bir fürsət: “She’s Next” təşəbbüsünə qoşulun 15 000 AZN qazanmaq şansına sahib olun
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti ucuzlaşıb
Mərkəzi Bank interaktiv statistik naviqator işə salıb
İqtisadiyyat 09:00
Mərkəzi Bank interaktiv statistik naviqator işə salıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol