Mərkəzi Bankın 10 milyard dolları "buxarlanıb"

11:56 | 03.01.2016
Mərkəzi Bankın 10 milyard dolları

Mərkəzi Bankın 10 milyard dolları "buxarlanıb"

2015-ci ilin sonuna Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 5 milyard ABŞ dollarınadək düşüb. 

Fins.az "Marja”ya istinadən xəbər verir ki, bu barədə "Mərkəzi Bankın 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında” deyilir.
Qeyd edək ki, 30 Noyabr 2015-ci il tarixində Mərkəzi Bankını valyuta ehtiyatları 6 milyard 245.6 milyon dollar idi. Beləliklə, Dekarda valyuta ehtiyatlarının 1 milyard 245,6 milyon dolları "əriyib”.

Mərkəzi Bankın valyuta ehtiytaları 31 İyul 2014-cü il tarixində 15 milyard 193.4 milyon dollara çıxmışdı. Ötən 1 il 5 ayda valyuta ehtiyatlarının 10 milyard 193,4 milyon dolları "buaxarlanıb”.

2015-ci ildə Mərkəzi Bankın valyuta bazarında satışları 8 milyard ABŞ dollarını ötüb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb