Məşhur avtoritet “Şeyx Həmzət”ə sui-qəsd: 1 nəfər öldü (VİDEO)

09:52 | 02.12.2018
Məşhur avtoritet “Şeyx Həmzət”ə sui-qəsd: 1 nəfər öldü (VİDEO)

Məşhur avtoritet “Şeyx Həmzət”ə sui-qəsd: 1 nəfər öldü (VİDEO)

Bu saatlarda Almaniyada çeçen mənşəli məşhur kriminal avtoritet, "Şeyx Həmzət” ləqəbi ilə tanınan Həmzət Qastəmirova qarşı sui-qəsd edilib.


Anews.az aztoday.az-a istinadən xəbər verir ki, xəbər verir ki, Berlinin Kudamm (Kurfürstendamm) rayonunda baş verən hadisə zamanı bir nəfər ölüb, 1 nəfər isə yaralanıb.


Təcili tibbi yardım maşınları və polis hadisə yerinə cəlb edilib.


Soydaşlarımızın verdiyi məlumatda bildirilir ki, "Şeyx Həmzət” sui-qəsddən sağ qurtula bilib.


Sui-qəsdi həyata keçirənlərin kimliyi məlum deyil. Hadisənin təfərrüatlarını dəqiqləşdirməyə çalışırıq.


Qeyd edək ki, Həmzət Qastəmirov 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb