Məşhur erməni qumarbaz Qarabağda silah atdı - FOTO+VİDEO

12:38 | 29.08.2018
Məşhur erməni qumarbaz Qarabağda silah atdı - FOTO+VİDEO

Məşhur erməni qumarbaz Qarabağda silah atdı - FOTO+VİDEO

ABŞ-da yaşayan və bir müddət öncə Yerevana gələn milyonçu, "poker kralı” Den Bilzeryan Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu Levon və onun arvadı ilə birlikdə Azərbaycanın işğal altında olan torpaqlarına gəlib.

Unikal.org xəbər verir ki, erməni əsilli amerikalı qumarbaz orada müxtəlif silahlardan istifadə edərək hədəflərə atəş açıb.

Onun foto və videolarını qondarma "Dağlıq Qarabaq Respublikası" təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Arşavir Qaramyan tərəfindən sosial şəbəkədə patlaşılıb. Həmçinijn erməni mətbuatı onun həyat yoldaşının da yer aldığı fotoları dərc edib. .

Bilzeryan isə özünün İnstaqram və Feysbuk səhifəsində fotolar paylaşaraq bu rəyi yazıb:"Erməni vətəndaşı kimi ilk günüm”.

Xatırladaq ki, milyonçubir necə gün öncə Ermənistan vətəndaşı olub və Ermənistan Silahlı Qüvvələrində uçota dayanıb.

ABŞ-da qumarbaz və pleyboy ulduzu kimi tanınan Bilzeryan, "instaqram"da çılpaq qızlarla olan fotolar və videoları ilə də məşhurdur. Onun 23,8 milyon izləyicisi var. Sərvətinin isə 235 milyon olduğu bildirilir.
 

 







www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb