Məşhur “Forbes” jurnalı azərbaycanlı qızdan yazdı – FOTO

23:42 | 10.04.2018
Məşhur “Forbes” jurnalı azərbaycanlı qızdan yazdı – FOTO

Məşhur “Forbes” jurnalı azərbaycanlı qızdan yazdı – FOTO

Məşhur "Forbes” jurnalı azərbaycanlı qızdan müsahibə alıb.

Minval.İnfo Milli.az-a istinadən xəbər verir ki, jurnalda Lənkəranda doğulub, San-Fransiskoda yaşayan azərbaycanlı Aytəkin Əliyavanın müsahibəsi çap olunub.
Məqalədə onun yaratdığı Femigrants sosial şəbəkə layihəsi təqdir olunub.

Instagram və Facebook-da "Data Integrity” mütəxəssisi olan Aytəkin Əliyeva Femigrants şəbəkəsini qadın immiqrantlara kömək etmək üçün yaradıb. Femigrant-ın ilk forumu mart ayının 22-də San Fransiskoda keçirilib.

Qeyd edək ki, "Female” (qadın) və "immigrant” ( mühacir ) sözlərinin birləşməsindən yaranan Femigrants sosial şəbəkəsi 3000-dən çox immiqrant qadın sahibkar və biznes liderin istifadə etdiyi sosial şəbəkədir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb