Məşhur ifaçı ikinci dəfə ata olacaq

23:59 | 30.04.2014
Məşhur ifaçı ikinci dəfə ata olacaq

Məşhur ifaçı ikinci dəfə ata olacaq

Britaniyalı məşhur müğənni Robbi Uilyam sevincli günlər yaşayır, o xoş xəbəri hər kəs ilə paylaşmaq qərarına gəlib. ANS PRESS-in məlumatına görə, ötən gün 40 yaşlı ifaçı şəxsi Tvitter hesabında ikinci dəfə ata olacağı barədə məlumat paylaşıb. Robbi bildirib ki, həyat yoldaşı olan amerikalı aktrisa Ayda Fild ikinci dəfə hamiləlik günlərini yaşayır:“Ayda və mən çox xoşbəxtik. Treodora Rouz Uilyam böyük bacı olacaq”-yazaraq Robbi sevincini bölüşüb. Qeyd edək ki, Robbi Uilyam və Ayda Fild 3 il sevgili olduqdan sonra 2010-cu ildə münasibətlərini rəsmiləşdiriblər. Cütlüyün möhtəşəm toyu Los-Ancelesdə yaxın dostları və ailə üzvlərinin əhatəsində baş tutub. 2012-ci ilin sentyabr ayında isə aktrisa Ayda həyat yoldaşına qız övladı bağışlayıb. İfaçı Robbi ilk atalıq sevincini də sosial şəbəkə vasitəsi ilə paylaşmışdı. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb