Məşhur ölülərin özləri ilə apardıqları əşyalar - SİYAHI

16:37 | 17.09.2014
Məşhur ölülərin özləri ilə apardıqları əşyalar - SİYAHI

Məşhur ölülərin özləri ilə apardıqları əşyalar - SİYAHI

Kimisi bir eşq məktubu, kimisi də iPhone... Budur, 10 tanınmış məşhurun o biri dünyaya özləri ilə bərabər aparmaq istədikləri əşyalar...

Ölən kəsin yanında sevdiyi əşyanın dəfn olunması qədimdən qalma adətlərdən biridir. Antik Misirdə, qədimYunanıstanda, eləcə də dünyanın ayrı-ayrı tarixi ərazilərində ölülər geyimləri, yaxud istifadə etdikləri əşyaları ilə bərabər basdırılarmış. Maraqlıdır ki, bu adətə sadiq qalan və müasirlərimiz olan bir çox məşhurlar da vardır. 1.  Frank Sinatra (Frank Sinatra)Əfsanəvi müğənni dəfn olunarkən yanında kiçik bir şüşə "Jack Daniels" viskisi götürüb.  Sağlığında o, bakala 1 ədəd buz, bir az da su qatıb "Jack Daniels" viskisini içməklə bütün dünya ləzzətini aldığını deyərmiş. Ona görə də ailəsi onu dəfn edərkən balaca şüşə qabda "Jack"i qoymaqla ona yol yoldaşı etməsini məsləhət bildi. Bəzi dedi-qodulara görə, tabutuna az miqdarda sentlik pul da qoyulub, birdən Frank o biri dünyadan kimisə telefon köşkündən aramaq istəyərsə deyə...

2. Toni Kyurtiç (Tony Curtis) Tanınmış aktyor 2010-cu ildə vəfat edib və ailəsi onun tabutuna bunları qoyub: iPhone, "Stretson" markalı kovboy şapkası, aktyorun avtomobil sürərkən istifadə etdiyi əlcəklərini və onun ilhamverici kitabı olan "Bədbəxt Enton"u ("Anthony Adverse").3. Hamfri Boqart (Humphrey Bogart)1944-cü ildə ilk dəfə kameralar qarşısına çıxan Loren Bekoll (Lauren Bacall) səhnədəki rol yoldaşı Hamfri Boqarta belə deyir: "Fit çalmağı yəqin ki, bilirsən, Stiv... Sadəcə dodaqlarını birləşdirəcək və üfləyəcəksən". "Ta have and Have Not" adlı bu filmdəki bu səhnə uzun illər eşq yaşayan cütlüyün önəmli dönüş nöqtəsi olub. Bekoll həmin filmin xətrinə sevgilisi Boqarta qızıl fit hədiyyə edir. Tanınmış aktyor 1957-ci ildə vəfat edəndə yandırılan Boqartın külü ilə bərabər həmin qızıl fit də dəfn olunur. Sevgilisi həmin fitin üzərinə bunları yazmışdı: "Hər nəsə ürəyindən keçsə, fiti çal, yetər!"4. Elizabet Teylor (Elizabeth Taylor)Məşhur aktrisanın keçmiş həyat yoldaşı Riçard Burtonla tez-tez ayrılıb-barışmaları haqqında çox hekayətlər var. Əfsanəvi cütlüyün eşq məktublarında bir-biriləri üçün qurduqları cümlələrin çoxu bədii ədəbiyyatda əks olunub. Amma o məktublardan biri var ki, onu ancaq Teylorun özündən başqa kimsə oxumayıb. O, məktib Burtonun ölümündən 3 gün öncə yazılıb. Həmin vaxtda Teylordan ayrı qalan ər arvadına məhəbbət məktubu qələmə almışdı. Həmin məktub Teylora yalnız Burtonun dəfn mərasimində yetişir. Teylor orada yazılanları ölənə qədər pünhan saxladı və öləndə həmin məktubla bərabər dəfn olundu.5. Leonard Bernstayn (Leonard Bernstein) Tanınmış dirijor və bəstəkar sağ ikən belə heç vaxt özündən ayırmadığı "Alisa möcüzələr diyarında" kitabı ilə birgə dəfn olunub. Deyilənə görə, bundan əlavə onun tabutuna dirijor çubuğu və Avstriyalı bəstəkar Qustav Malerin 5-ci simfoniyasının notları da qoyulub.6. Ronald Van Zant (Ronnie Van Zant)Dövrünün tanınmış vokalisti sayılan Zant təyyarə qəzasında həlak olub. Vokalistin toplanan qalıqları "Texas Hatters" şapkası və siqarı ilə birgə dəfn edilib. 7. Bela Luqoşi (Bela Lugosi)Macar teatr oyunçusu və əsasən də qorxu filmi aktyoru kimi məşhurlaşan Luqoşi 1931-ci ildən indiyə kimi öz şöhrət zirvəsindən enməyən "Dracula" filmindəki plaşına bənzər üst geyimlə birgə dəfn olunub. Luqoşi 1956-cı ildə ölməzdən əvvəl "Dracula" filmində geyindiyi plaşı arvadına vermiş və oğulları üçün saxlanmasın istəmişdi. Ailəsi aktyorun tabutuna həmin plaşı qoymasa da, onun bənzərini ölü Luqoşiyə "hədiyyə" etmişdilər. Həmin plaş isə 2011-ci ildə auksiona çıxarılaraq satıldı.8. Bob Marli (Bob Marley)Yamaykalı musiqiçi və Rastafari hərəkatının üzvü, reqqi musiqisinin tanınmasında əvəzsiz rolu olmuş Bob Marli gitara ilə bərabər dəfn edilib.  Həmin musiqi alətinin necə bir şey olması haqqında mülahizələr hələ də dolaşmaqdadır...9. Endi Uorhol (Andy Warhol) Amerika rəssamı, dizayner, prodüser, yazıçı, kolleksiyaçı, jurnal naşiri və kinorejissor, pop-art cərəyanının görkəmli nümayəndəsi Uorhol dəfn olunarkən əslində tabutunun içinə heç nə qoyulmayıb. Amma şahidlərin dediyinə görə, dəfn zamanı - tabut məzara endirilərkən Uorholun yaxın dostu Reyj Pouell tabuta tərəf qaçıb və "Beautiful" adlı ətir şüşəsini məzara atıb. Deyilənə görə, ömrünün sonuncu 3 ayında Uorhol bu ətirdən istifadə edibmiş...10. Roald Dal (Roald Dahl) Məşhir ingilis uşaq yazarı Roald Dal 1990-cı ildə vəfat edib. "Çarlinin şkolad fakriki". "Cadugərlər", "Balaca adam böyüyərkən" kitablarının müəllifi olan yazıçı özünün ən çox sevdiyi əşyaları ilə birgə dəfn olunmasını vəsiyyət edibmiş. Tanınmış yazar o biri dünyaya özü ilə birlikdə bilyard şarlarını, romanlarını yazarkən istifadə etdiyi baş tərəfi pozan olan qələmlərini, elektrik mişarını, ən çox yediyi şokoladlarını və qırmızı şərab götürüb.Hazırladı NurayANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb