Məşhur "Əl-Cəzirə" telekanalı "Qarabağ"a müraciət etdi

15:29 | 10.09.2014
Məşhur "Əl-Cəzirə" telekanalı "Qarabağ"a müraciət etdi

Məşhur "Əl-Cəzirə" telekanalı "Qarabağ"a müraciət etdi

Qətərin dünyaca məşhur "Əl-Cəzirə" telekanalı "Qarabağ" klubu haqda reportaj hazırlamaq məqsədilə komandaya müraciət edib.Bu barədə Qol.Az saytına klubun mətbuat xidmətinin katibi Nurlan İbrahimov məlumat verib.Klub rəsmisinin sözlərinə görə, Ağdam təmsilçisinin Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması qətərlilərdə maraq oyadıb və bu məqsədlə "Əl-Cəzirə" telekanalı "Qarabağ" haqda reportaj hazırlamağı planlaşdırır.Telekanalın Avropa Liqasının qrup mərhələsinin "Sent-Etyen"lə ilk oyununa qədər Bakıya gələrək komanda haqda reportaj hazırlayacağı gözləyir. Qeyd edək ki, "Qarabağ" - "Sent Etyen" oyunu sentyabrın 18-də, saat 21:00-da başlayacaq.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb