Məşhur rus müğənni: Atam əslən Şamaxıdandır

14:23 | 01.07.2014
Məşhur rus müğənni: Atam əslən Şamaxıdandır

Məşhur rus müğənni: Atam əslən Şamaxıdandır

Məşhur rusiyalı müğənni Stas Mixaylov “Caspian” jurnalına onun Azərbaycanla bağları haqqında danışıb.Oxu.Az məşhurun maraqlı açıqlamasını təqdim edir:“Mənim ulu nənəm Azərbaycanda dəfn edilib, biz Sumqayıtda onun qəbrini ziyarət etmişik. Mənim atam Azərbaycanın Şamaxı şəhərindəndir. O, həmişə hərbçi olmaq istəyib, ona görə də Bakıya aviasiya məktəbinə daxil olmağa gəlib. Xidmət zamanı atamı Adlerə yolladılar.Beləcə də mənim ailəmin Şamaxıdan Soçiyə gedən yolunun başlanğıcı qoyuldu. 1968-ci ildə biz Soçiyə yerləşdik. Atam hər zaman Azərbaycana gəlmək istəyib, mən xoşbəxtəm ki, onun arzusu həyata keçib. Özüm Bakıya sonuncu dəfə 10 yaşım olanda gəlmişəm.İndi ikili hisslər yaşayıram. Bir tərəfdən yaddaşımda uşaqlıqdan mənə tanış olan Bakını canlandırmağa çalışıram, digər tərəfdən isə şəhər o qədər dəyişib, genişlənib və gəncləşib ki, bəzi rakurslardan hətta tanınılmaz hala gəlib. Amma tikinti miqyası, memarların gözəl zövqü yaxşı mənada təəccübləndirir”.Xatırladaq ki, may ayının əvvəlində Stas Mixaylov Bakıda iki günlük konsert proqramı ilə çıxış edib, sonra isə ailəsi ilə bərabər Qusara dincəlməyə gedib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb