Məşhur təlimçi vəfat etdi

12:28 | 22.09.2016
Məşhur təlimçi vəfat etdi

Məşhur təlimçi vəfat etdi

Rusiyanın Xalq artisti, təlimçi Mstislav Zapaşnı vəfat edib. 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, M.Zapaşnının 78 yaşı var idi. 

"Elə indicə əmimin - məşhur sirk artisti, təlimçi Mstislav Zapaşnının öldüyünü mənə bildirdilər. Bu, Soçidə baş verib”, - Zapaşnının qardaşı oğlu, Moskva Sirkinin baş direktoru Edqard Zapaşnı bildirib. 

Mstislav Zapaşnı 1938-ci ilin may ayının 16-da Leninqrad şəhərində anadan olub. O, vəhşi heyvanların təlimçisi kimi və quruluşçu-rejissor kimi məşhur idi. Dəfələrlə sirk sənəti sahəsində yüksək mükafatlar alıb. 2003-2009-cu illərdə Zapaşnı Rusiya Dövlət Sirkinin baş direktoru vəzifəsində çalışıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb