Məşhur tennisçi vəfat etdi

20:21 | 20.11.2017
Məşhur tennisçi vəfat etdi

Məşhur tennisçi vəfat etdi

Çexiya tennisinin keçmiş ulduzu Yana Novotnı vəfat edib.

Anews,az APA-ya istinadən xəbər verir ki, 49 yaşlı veteran uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Neçə vaxtdır xərçəng xəstəliyindən əziyyət çəkən Yana Nyu-York şəhərindəki klinikaların birində vəfat edib.

2005-ci ildə adı Tennisin Şərəf Zalına daxil edilən Novotnı karyerası ərzində Qadın Tennis Assosiasiyasının (WTA) turnirlərində 100 mükafat qazanıb. Bunlardan çoxu – 76-sı cütlərin mübarizəsində olub.

Novotnı 12 dəfə cütlərin, 4 dəfə qarışıq cütlərin yarışında "Böyük Dəbilqə” turnirinin qalibi adına yiyələnib. Çexiyalı karyerasının ən böyük uğurunu isə 1998-ci ildə fərdi yarışda Uimbldon turnirini qazanmaqla gerçəkləşdirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb