Məşhur türk aktrisası həbs edildi

13:02 | 22.10.2014
Məşhur türk aktrisası həbs edildi

Məşhur türk aktrisası həbs edildi

Gözəl türk aktrisası Nehir Ərdoğan "narkotik maddə qəbul etmək və ya saxlamaq"da günahkar bilinərək 10 ay müddətinə azadlıqdan məhrum edilib.ANN.Az Türk mətbuatına istinadən xəbər verir ki, bu ilin yaz aylarında məşhurlarla bağlı keçirilən narkotik əməliyyatı çərçivəsində nəzarətə alınan aktrisa ilkin ifadəsində narkotik maddələrdən istifadə etdiyini etiraf etmişdi və "məclislərdə istifadə edirəm" - deyə ifadə vermişdi.Bu gün keçirilən məhkəmədə isə 2 ilə qədər həbs verilməsi istənilən aktrisa Nehir Ərdoğan Türkiyə sərhədlərində heç vaxt narkotik istifadə etmədiyini deyib. O, sadəcə "Amsterdamda bir dəfə sınamışam. Türkiyədə istifadə etməmişəm. Bununla bağlı iddialar doğru deyil. Narkotik çəkmirəm. Bəraət istəyirəm" - bildirib.

Məhkəmə əvvəl tanınmış aktrisaya 1 il həbs cəzasına məhkum edib. Daha sonra qanunvericiliyin yüngülləşdirici hallarını nəzərə alaraq, cəzanın 10 aya endirilməsi haqqında hökm çıxarılıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb