Məşhur türk sənərkarı vəfat etdi - VİDEO

10:47 | 03.04.2015
Məşhur türk sənərkarı vəfat etdi - VİDEO

Məşhur türk sənərkarı vəfat etdi - VİDEO

Türk musiqisinin ustad sənətkarlarından biri - Kayahan bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib. Bu barədə türk mediası xəbər verib.

ANN.Az-in verdiyi məlumata görə, bu barədə ilk xəbəri müğənni Suat Suna özünün "Twitter" hesabından yazıb: "Bu gün qara bir gün... Mən ikinci atamı itirdim. Türkiyə isə Böyük Ustadını. Rahat uyu, Kayahan abi. Unudulmayacaqsan".

Kayahan uzun müddət idi ki, xərçəngdən əziyyət çəkib. İlk dəfə ona 1990-cı ildə xərçəng diaqnozu qoyulub. Amma o, ilk dəfə bu xəstəliyin öhdəsindən gəlmişdi. 2001-ci ildə yenə də xəstəliyin baş qaldırması və uzun sürən mübarizədən sənətkar qalib çıxmışdı. Fəqət, 3-cü dəfə eyni xəstəlik onu ağuşuna aldı.

Ustad sənətkarın ölüm xəbəri bütün sosial şəbəkələrdə günü əsas xəbərinə çevrilib.
 
Kayahan Azərbaycanda da sevilən və bundan sonra da unudulmayacaq sənətkarlardan biri olub.
 

Allah rəhmət eləsin!



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb