Dünya şöhrətli müğənnilər Bakıya gələcək

18:35 | 31.03.2015
Dünya şöhrətli müğənnilər Bakıya gələcək

Dünya şöhrətli müğənnilər Bakıya gələcək

Bakıda baş tutacaq ilk Avropa Oyunlarının açılış mərasiminin bədii hissəsində dünyaca məşhur ulduzların iştirakı nəzərdə tutulub. 

Bunu ANS-ə açıqlamasında Avropa Oyunlarının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib. 

O bildirdi ki, bu proses əvvəldən gedir, amma hansı müğənnilərin iştirak edəcəyini indidən dəqiq demək mümkün deyil. Çünki, hər bir müğənninin öz vaxt cədvəli var, hansı ki, bu cədvəl iki il əvvəlcədən təsdiqlənir. 

Elçin Səfərov bir daha qeyd etdi ki, dünya estrada müğənnilərinin Bakıya gəlməsi danışıqların nəticələrindən və onların vaxt cədvəllərindən asılıdır.

Bakı 2015 Avropa Oyunları, 2015-ci il iyun ayının 12-dən 28-nə qədər keçiriləcək və qitə üçün çox maraqlı, cəlbedici, proqressiv yeni multi-idman yarışları olan heç vaxt görünməmiş ilk Avropa Oyunları olacaq. 

Bakı 2015 Avropa Oyunlarında 16 Olimpiya idman növü və dörd qeyri-Olimpiya idman növü olmaqla ümumilikdə 20 idman növü olacaq. 17 yarış günü ərzində Avropanın hər yerindən 6000-dən çox idmançı öz xalqlarını təmsil edəcəklər. 

İdman növlərinin 12-i 2016-cı ildə keçiriləcək Rio De Janeyro Yay Olimpiya Oyunları üçün kvalifikasiya imkanları yaradacaq. Sözügedən idman növlərinin sırasına kamandan oxatma, atletika, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, voleybol və güləş daxildir. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM