Ədəbiyyat üzrə Nobel mükafatçısı vəfat etdi

10:23 | 28.03.2015
Ədəbiyyat üzrə Nobel mükafatçısı vəfat etdi

Ədəbiyyat üzrə Nobel mükafatçısı vəfat etdi

2011-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən İsveç şairi Tomas Tranströmer vəfat edib.
 
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 83 yaşlı şair öz evində dünyasını dəyişib. 
 
Şairin ədəbi agenti Anna Tillgren bildirib ki, T. Tranströmer bir müddət idi xəstəlikdən əziyyət çəkirdi. 1990-cı ildə keçirdiyi beyin insultundan sonra şair nitq və hərəkət qabiliyyətini qismən itirib.
 
2011-ci ildə İsveç Kral Akademiyası Nobel mükafatına T. Tranströmerin layiq görülməsini onu "reallığa yeni baxış olan qısa, şəffaf, mənalı obrazlar” yaratması ilə əsaslandırıb.
 
T. Tranströmerin əsərləri 50-dən çox dilə, o cümlədən, bir neçə şeiri Azərbaycan dilinə tərcümə edilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM