Məşhur türk jurnalistinə sui-qəsd cəhdi oldu

20:11 | 06.05.2016
Məşhur türk jurnalistinə sui-qəsd cəhdi oldu

Məşhur türk jurnalistinə sui-qəsd cəhdi oldu

Bu gün İstanbuldakı Çağlayan Ədliyyə binasının qarşısında Türkiyənin tanınmış jurnalisti Can Dündara sui-qəsd cəhdi olub.

ANN.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hazırda məhkəməsi gedən jurnalistə tərəf binanın qarşısında odlu silahdan 2 dəfə atəş açılıb. Güllələr C. Dündara dəyməyib. 

Atılan güllələrdən biri NTV-nin müxbiri Yavuz Şenkalın ayağını sıyırıb. Atəş açan şəxs yaxalanıb.

C. Dündar hadisənin ona göz dağı vermək məqsədilə törədildiyini vurğulayıb: 

"Yaxşıyam, problem yoxdur. Məhkəmədə fasilə idi, bayıra çıxanda bu hadisə baş verdi”.

Atəş açanı gördüyünü bildirən jurnalist "onun kim olduğunu hələ bilmirik, amma bizi kimin hədəf göstərdiyini bilirik”, - deyə söyləyib.

Qeyd edək ki, prezident Ərdoğanın şikayəti əsasında C. Dündara qarşı dövlət sirrini yaymaq ittihamı ilə cinayət işi qaldırılıb. O, 92 gün həbsdə yatdıqdan sonra sərbəst buraxılıb. Prokuror jurnalistin 25 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb