Messi "Barselona"dan ayrılacaq?

12:30 | 09.05.2014
Messi "Barselona"dan ayrılacaq?

Messi "Barselona"dan ayrılacaq?

Lionel Messi "Barselona" ilə müqaviləni yeniləmək üçün klub rəhbərliyindən yüksək məbləğdə maaş istəməsiylə bağlı yayılan iddiaları təkzib edib. ANS PRESS-in məlumatına görə, argentinalı ulduz komandadan ayrılacağı ilə bağlı xəbərlərin tamamilə yalan olduğunu söyləyib. Bu cür xəbərlərə çox təəccüləndiyini bildirən Messi:” Son dövrlər haqqımda bir çox şey yazılıb, amma bu yazılanların hamısı yalandır. "Barselona" ilə müqaviləni uzatmaq üçün rəhbərlikdən yüksək məbləğdə pul istəməmişəm. Məni hazırda ancaq La Liqadakı çıxışımız maraqlandırır. Əvvəlki həftələrə nisbətən hazırda daha çox şansımız var. Çempionluq bizim üçün çox önəmlidir. Ümid edirəm ki, birinci olacağıq", - deyə Messi bildirib.Qeyd edək ki, İspaniya mətbuatında Messinin klub rəhbərliyindən dörd illik müqaviləyə 400 milyon avro tələb etdiyi iddia edilirdi. Əgər "Barselona" bu həftənin sonu səfərdə “Elçe”ni, gələn həftə isə “Nou Camp”da Madrid “Atletiko”sunu məğlub etsə, La Liqanın çempionluğuna sevinəcək .ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb