Messi üzr istədi

17:20 | 20.05.2014
Messi üzr istədi

Messi üzr istədi

Lionel Messi uğursuz mövsüm üçün "Barselona" azarkeşlərindən üzr istəyib. ANS PRESS-in məlumatına görə, azarkeşlərinin qəzəbinə tuş hələn argentinalı futbolçusu Messi günahlarını boynuna alıb. Klub son turda "Atletiko Madrid"ə qalib gəlməyi bacarmayıb və İspaniya çempionatında ikinci yeri tutub. "Barselona" Çempionlar Liqasında da "Atletiko"ya məğlub olaraq final vəsiqəsini əldə edə bilməyib.Bu nəticələrdən sonra Messi mətbuata açıqlama verərək gələcək il uğurlu nəticə əldə edəcəkləri ilə bağlı söz verib: "Bu il hər şey gözlənilən kimi getmədi. Ümumiyyətlə bu il ağır il idi. Bununla belə biz son oyunda hədəfə nail ola bilərdik, amma öz şanslarımızdan istifadə edə bilmədik. Klubla yeni müqavilə bağladığım üçün şadam. Söz verirəm ki, növbəti ildə biz müvəffəqiyyətlərə nail olacağıq".Qeyd edək ki, "Barselona" azarkeşlərinin xeyli hissəsi argentinalı hücumçusunun satılmasından yana olduqlarını bildiriblər. İspaniya mətbuatında keçirilmiş sorğudan məlum olub ki, azarkeşlərin əksəriyyəti Messinin komandanın əsas problemi kimi görürlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM