Messinin başı böyük dərddə

14:16 | 07.05.2014
Messinin başı böyük dərddə

Messinin başı böyük dərddə

Argentina millisinin forvardı, “Barselona”nın ulduz futbolçusu Lionel Messinin İspaniya Maliyyə Nazirliyi ilə başı bəladadır.   
“Axar.az” xəbər verir ki, futbolçunun başı vergi dərdindən açılmır.   
Ötən il az qala həbsə göndərilən və sonradan razılaşma ilə canını qurtaran ulduz futbolçu yenidən problemlə üzləşib.   
Dünyanın ən çox qazanan futbolçusu olan Messinin bu gedişlə bank hesabındakı pul get-gedə azalacaq. Bir ildir hesabları araşdırılan futbolçunun faizi ilə birlikdə 35-41 milyon avro vergi verəcəyi iddia edilir.   
Messinin menecerlik işlərindən başqa maliyyə işlərini də idarə edən atası Xorxe Messi keçən avqust ayında 5 milyon avro cəza ödəyib.   
Xatırladaq ki, Messinin Türk Hava Yolları ilə reklam müqaviləsi olmasına baxmayaraq, 2020 olimpiada şəhərləri seçimində sürpriz şəkildə İstanbulu yox, digər  namizəd şəhər Madridi dəstəkləmişdi.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb