Messiyə bəd xəbər

11:50 | 01.08.2014
Messiyə bəd xəbər

Messiyə bəd xəbər

İspaniyanın Barselona şəhər məhkəməsi “Barselona” klubunun və İspaniya yığmasının hücumçusu Lionel Messi haqqında çıxardığı qərarın ləğv edilməsindən imtina edib.

ANS PRESS-in məlumatına görə, məhkəmədə dövlət ittihamçısı 4 milyon avro dəyərində vergi ödənişindən boyun qaçırmaqda təqsirli bilinən Messi haqqında qərarın ləğv olunmasını tələb edib.Hakim Messinin vergidən yayınması ilə bağlı kifayət qədər dəlillərin olduğunu əsas gətirərək dövlət ittihamçısının tələbini qəbul etməyib.İspaniya qanunvericiliyinə əsasən vergi ödənişlərindən yayınan şəxsləri 6 il həbs gözləyir. Məhkəmə Messinin həbsi ilə bağlı qərar çıxararsa, futbolçu və onun atası 6 il azadlıqdan məhrum ediləcək. Bundan başqa, Messinin ailəsi 32 milyon avro dəyərində cərimələnəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb