Messiyə tarixin ən böyük təklifi

17:50 | 24.11.2014
Messiyə tarixin ən böyük təklifi

Messiyə tarixin ən böyük təklifi

Ərəb sərmayəsi sayəsində dünya nəhənglərindən biri halına gələn "Mançester Siti" klubu "Barselona"nın super ulduzu Lionel Messiyə fantastik təklif edəcək.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, klub Messini almaq üçün müqavilədə yer alan 250 milyon avronu ödəyib ulduzu sıralarına qatmaq niyyətindədir. Həmçinin futbolçuya illik 30 milyon avro maaş təklif ediləcək. Bu da futbol tarixinin ən böyük, fantastik təklifi olacaq.Argentinalı ulduz son olaraq "Sevilya" matçında etdiyi het-triklə La Liqa tarixinin ən çox qol vuran futbolçusu adını qazanmışdı.Qeyd edək ki, son dövrlərdə "Barselona"dan ayrılmaq istədiyi iddia edilən Messi bu xəbərlərin yalan olduğunu və katalon klubunda xoşbəxt olduğunu açıqlamışdı.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb